Türkiye 8 ayda 36 milyondan çox ziyarətçi qəbul edib

Türkiye ilin 8 aylıq dövründə 36 milyon 754 min 146 ziyarətçiyə ev sahibliyi edib.

2040897
Türkiye 8 ayda 36 milyondan çox ziyarətçi qəbul edib

Türkiye ilin 8 aylıq dövründə 36 milyon 754 min 146 ziyarətçiyə ev sahibliyi edib.

Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, sentyabr ayına qədər 33 milyon 426 min 940 əcnəbi və xaricdə yaşayan 3 milyon 327 min 206 Türkiye vətəndaşı ölkəyə gəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 8 aylıq dövrdə Türkiyeyə gələn xarici ziyarətçilərin sayında 13,95 faiz artım olub.

Bu dövrdə Türkiyeyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya Federasiyası bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,84 faiz artım və 4 milyon 351 min 254 nəfər birinci, Almaniya isə 6,03 faiz artımla və 4 milyon 82 min 994 adamla İngiltərə isə 12,36 faiz artım və 2 milyon 652 min 188 nəfərlə üçüncü sırada yer alıb. Bu ölkələri müvafiq olaraq Bolqarıstan və İran izləyib.

Avqust ayında Türkiyeyə gələn xarici ziyarətçilərin sayı keçən ilin eyni ayı ilə müqayisədə 5,65 faiz artaraq 6 milyon 660 min 700 olub.

Avqust ayında ən çox ziyarətçi göndərən ölkələr siyahısında Almaniya, əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,52 faiz artım və 871 min 270 nəfərlə birinci, Rusiya Federasiyası isə 5,68 faiz artım və 852 min nəfərlə ikinci olub. İngiltərə isə 6,96 faiz artım və 588 min 448 nəfərlə üçüncü yerdə qərarlaşıb. Bu ölkələri İran və Polşa izləyib.



Әlaqәli Xәbәrlәr