Prezident Ərdoğan ABŞ-da iş adamları ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin beynəlxalq investorlar üçün etibarlı sığınacaq olmaya davam etdiyini də vurğulayıb.

2040217
Prezident Ərdoğan ABŞ-da iş adamları ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin beynəlxalq investorlar üçün etibarlı sığınacaq olmaya davam etdiyini də vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan dövlət başçısı Ərdoğan Türk-Amerika İş Şurasının (TAİK) təşkil etdiyi şam yeməyində iş dünyasının nümayəndələri ilə görüşüb.

Çıxışında Ortamüddətli Proqrama toxunan Ərdoğan iqtisadi islahatların qətiyyətlə davam edəcəyini bildirib.

Dövlət başçısı türk lirəsinin xarici valyutalar qarşısında gücləndiyini bildirib, maliyyə sabitliyini vurğulayıb və investorları Türkiyeyə dəvət edib.

Prezident “Türkiye siyasi sabitliyi, təhsilli işçi qüvvəsi, gənc əhalisi, geniş daxili bazarı və regional bazarlara çıxışı, strateji mövqeyi və müasir logistika infrastrukturu ilə beynəlxalq investorlar üçün təhlükəsiz sığınacaq olmağa davam edir. Biz region ölkələri ilə qurduğumuz sıx dialoq sayəsində bu mövqeyimizi daha da möhkəmləndiririk” deyib.

Xarici siyasətə dinvestor toxunan Ərdoğan bildirib ki, Türkiyi Avropa İttifaqına (Aİ) üzvlük prosesində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Dövlət başçısı qarşımıza qoyulan maneələrə və 60 il ərzində məruz qaldığımız haqsızlıqlara baxmayaraq, biz hələ də Aİ-yə tam üzvlük hədəfimizi qoruyuruq" deyib.

Prezident Ərdoğan BMT-nin 78-ci Baş Assambleyasında təmaslarını başa vurduqdan sonra ABŞ-dan ayrılıb.



Әlaqәli Xәbәrlәr