Türkiyədən 2023-cü ilin yanvar-avqust ayları dövründə bulqur ixracatı

Cənub-Şərqi Anadolu Taxıl, Paxla, Yağlı Toxumlar və Məhsulları İxracatçıları Birliyinin sədri Cəlal Kadooğlu, Bulqur Sənayeçiləri Dərnəyinin sədri Bəkir Sıtkı Dayıoğlu və sektor nümayəndələri bir araya gəldi

2039359
Türkiyədən 2023-cü ilin yanvar-avqust ayları dövründə bulqur ixracatı

 

  Türkiyədən 8 ayda 85 milyon 386 min dollarlıq bulqur düyüsü ixrac edilib.

  Cənub-Şərqi Anadolu Taxıl, Paxla, Yağlı Toxumlar və Məhsulları İxracatçıları Birliyinin sədri Cəlal Kadooğlu, Bulqur Sənayeçiləri Dərnəyinin sədri Bəkir Sıtkı Dayıoğlu və sektor nümayəndələri bir araya gəldi.

  S.Kadooğlu buradakı çıxışında Anadolunun münbit torpaqlarında yetişdirilən buğdadan böyük zəhmət nəticəsində əldə edilən bulqur düyüsünün dünyada tanıdılması üçün lazımi səylərin göstəriləcəyini bildirib: “Türkiyədə ildə 1 milyon 200 min tondan çox bulqur düyüsü istehsal olunur. Bulqur istehsalımızın təqribən 250 min tonu ixracata yönəlikdir. 2023-cü ilin yanvar-avqust ayları dövründə ölkə üzrə 85 milyon 386 min dollarlıq bulqur ixrac edilib ki, bunun 39 milyon 939 min dolları yerli şirkətlər tərəfindən həyata keçirilib. Bulqur düyüsü daha çox Yaxın Şərqə ixrac edilib. Ölkə üzrə bulqur ixracatında İraq birinci, Rusiya ikinci, Suriya isə üçüncü yerdədir".



Әlaqәli Xәbәrlәr