2023-cü ilin yanvar-avqust ayları dövründə Türkiyədən çay ixracatı
Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədr müavini Əhməd Həmdi Gürdoğan 8 ayda ölkədən 3 min 832 ton çay ixrac edildiyini bildirib ...
2039368

2023-cü ilin yanvar-avqust ayları dövründə Türkiyədən çay ixracatı 22 faiz artaraq 18 milyon 493 min dollara çatıb.
Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədr müavini Əhməd Həmdi Gürdoğan 8 ayda ölkədən 3 min 832 ton çay ixrac edildiyini bildirib: “Sözügedən xarici satışlardan 18 milyon 493 min dollar gəlir əldə edilib.
İxracat əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 22 faiz artıb.
Ən çox çay satılan ölkələr Belçika, ABŞ və Böyük Britaniya olub. 8 ayda 110 ölkəyə, muxtar və sərbəst bölgələrə Türkiyə çayı satılıb. Ölkə ixracatının 43 faizi Rizədəndir.