Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında mədən əməkdaşlıq müqaviləsi imzalandı

A.Bayraktar “TRT Haber”ə enerji gündəmi ilə bağlı danışıb

2030143
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında mədən əməkdaşlıq müqaviləsi imzalandı

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Səudiyyə Ərəbistanı ilə mədən sahəsində əməkdaşlıq müqaviləsi imzaladıqlarını açıqlayıb.

  A.Bayraktar “TRT Haber”ə enerji gündəmi ilə bağlı danışıb: “Türkiyənin enerji sahəsində irəliləyişləri davam edir. Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər ibn İbrahim Əlxorayef ilə avqustun 28-də nazirlikdə görüşdük. Mədən sahəsində qarşılıqlı investisiyalarla bağlı əməkdaşlığa yol açacaq anlaşma memorandumu imzaladıq.

  Müqavilə elektrikli avtomobillər və günəş panelləri kimi sahələrdə yeni texnologiyaları ehtiva edir.

  Səudiyyə Ərəbistanı ilə yaşıl hidrogen, külək və günəş panellərinə dair 5 min meqavat güçlük müqavilə bağladıq.

  Qara dəniz qazı və Qabarda neftin tapılması Türkiyənin enerji sahəsində xaricə asılılıqdan qurtulması üçün böyük əhəmiyyət kəsb edir.

  Türkiyənin Qabar və Sakarya qaz yataqları böyüklüyündə bir neçə kəşfə ehtiyacı var. Sentyabrda Vanda qazma işləri aparacağıq. Bu yerlərdən gələcək gəlirlər xaricə asılılığımızı azaltmaq üçün bir addım olacaq”.



Әlaqәli Xәbәrlәr