"Bayraktar AKINCI TİHA" müdafiədə yeni ixrac qapısını açdı
"Baykar" şirkətinin Səudiyyə Ərəbistanında imzaladığı Türkiye Cümhuriyyəti tarixindəki ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsindən sonra yeni müqavilələr imzalanıb.
"Baykar" şirkətinin Səudiyyə Ərəbistanında imzaladığı Türkiye Cümhuriyyəti tarixindəki ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsindən sonra yeni müqavilələr imzalanıb.
Türkiye müdafiə sənayesinin milli pilotsuz uçuş aparatlarında əldə etdiyi ixrac uğuru özü ilə yeni imkanlar da gətirir.
"Baykar" bu yaxınlarda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə "Bayraktar AKINCI" Hücum Pilotsuz Uçuş Aparatının (TİHA) ixracı və əməkdaşlığı üçün müqavilə imzalayıb. Bu imza Türkiye Cümhuriyyəti tarixində ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsi kimi qeydə alınıb.
Əldə edilən məlumata görə, bu müqavilədən sonra Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin ev sahibliyi ilə Ər-Riyadda PUA İstehsalının Yerliləşdirilməsi Müqaviləsi İmza Mərasimi keçirilib. Mərasimdə Baykar, ASELSAN və Roketsan Səudiyyə Ərəbistanındakı şirkətlərlə yeni müqavilələr bağlayıb.
"Bayraktar Akıncı" pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin "Baykar" şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək”, - şirkətin açıqlamasında bildirilib.
Әlaqәli Xәbәrlәr
Alman turistlərin seçimi Türkiyə oldu
Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən' ölkə oldu.
Türkiyə xarici ticarətdə inkişafını davam etdirir
Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.