Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı

Türkiyenin ilk 5 ayda mebel, kağız və meşə məhsulları ixracı keçən ilin eyni dövrü ilə müqayisədə paralel bir seyir izləyərək 3,3 milyard dollar olub.

1997652
Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı

Türkiyenin ilk 5 ayda mebel, kağız və meşə məhsulları ixracı keçən ilin eyni dövrü ilə müqayisədə paralel bir seyir izləyərək 3,3 milyard dollar olub.

Türkiye İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyenin son 12 ayda ixracı mayın sonunda 254,4 milyard dollara çatıb, ilk 5 ayda isə ixrac rəqəmi 102,5 milyard dollar təşkil edib.

Yanvar-may dövründə Türkiyenin mebel, kağız və meşə məhsulları ixracı 3 milyard 318 milyon dollar olub.

Sözügedən dövrdə 202 ölkəyə ixrac edildiyi halda, 8 ölkəyə 100 milyon dollardan çox, 129 ölkəyə isə 1 milyon dollardan çox mebel, kağız və meşə məhsulları ixrac edilib.

İlk 5 ayda 401 milyon dollarla ən çox satış reallaşan ölkə İraq olub. Bu ölkəyə ixrac keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artıb.

İraqı 172,7 milyon dollarla İsrail, 169 milyon dollarla Böyük Britaniya, 147,1 milyon dollarla Almaniya, 131 milyon dollarla İran və 120,4 milyon dollarla Liviya izləyib.

İlk 10-luqda 116 milyon dollarla ABŞ, 104,7 milyon dollarla Fransa, 99,5 milyon dollarla Mərakeş, 97,7 milyon dollarla Rusiya yer alıb.



Әlaqәli Xәbәrlәr