İstanbul hava limanı Avropanın ən işlək hava limanı olub

İstanbul Hava Limanı iyun ayının ilk həftəsində gündəlik orta hesabla 1423 uçuşla Avropanın ən işlək hava limanı olub.

1997598
İstanbul hava limanı Avropanın ən işlək hava limanı olub

İstanbul Hava Limanı iyun ayının ilk həftəsində gündəlik orta hesabla 1423 uçuşla Avropanın ən işlək hava limanı olub.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 1-7 iyun tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.

Sözügedən hesabata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1423 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci yeri alıb.

İstanbul Hava Limanını gündəlik orta hesabla 1341 uçuşla Amsterdam "Schiphol" hava limanı və 1305 uçuşla Paris "Charles de Gaulle" hava limanı izləyib.

Antalya Hava Limanı da gündə orta hesabla 819 uçuşla ilk 10-da yer alıb.



Әlaqәli Xәbәrlәr