Hafize Gaye Erkan Türkiyenin Mərkəzi Bankının sədri təyin olundu

Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sərəncam imzalayıb.

1997301
Hafize Gaye Erkan Türkiyenin Mərkəzi Bankının sədri təyin olundu

Hafize Gaye Erkan Türkiyenin Mərkəzi Bankının sədri təyin olunub.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

Prinstondan əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorantura oxuyub. Erkan 2 il davam edən və 12 kursdan ibarət olan doktorantura proqramını bir ildə başa vurub və Prinston Universitetinin 276 illik tarixində proqramı bir ildə bitirən ilk tələbə olub. O, həmçinin ABŞ-də “ən gənc maliyyə professoru” adını qazanıb. Prinston Universiteti daha sonra doktorantura dərəcəsi üçün tələb olunan minimum təhsil müddətini bir ilə dəyişib. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

Xatırladaq ki, Hafize Gaye Erkan Türkiyənin  Mərkəzi Bankının ilk qadın sədri olub.



Әlaqәli Xәbәrlәr