OPEC+ nazirlərinin növbəti görüşü Vyanada keçiriləcək
OPEC+ nazirlərinin növbəti görüşü noyabrın 26-da Vyanada keçiriləcək
1995144

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin növbəti görüşü 26 noyabr 2023-cü ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Bu barədə iyunun 4-də keçirilən 35-ci nazirlər görüşünün yekunları üzrə dərc edilən bəyanatda bildirilir.
Keçirilən görüşdə neft hasilatının səviyyəsinin 2024-cü ildən sutkada 40,46 milyon barelə qədər tənzimlənməsi qərara alınıb. Yeni qərarın neft bazarının sabitliyinə nail olmaq və saxlamaq və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitin yaradılması məqsədilə qəbul edildiyi bildirilib.