Aprel ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 5 milyona çatıb

2023-cü ilin aprel ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 37 faiz artaraq, 4 milyon 991 min 179 nəfər olub.

1991003
Aprel ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 5 milyona çatıb

2023-cü ilin aprel ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 37 faiz artaraq, 4 milyon 991 min 179 nəfər olub.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin bununla bağlı məlumatına görə, aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 14 faiz artaraq 1 milyon 701 min 655 nəfər, beynəlxalq reyslər üzrə isə 53 faiz artaraq 3 milyon 289 min 524 nəfər təşkil edib.

Cari ilin aprel ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 61 min 26 ton olub. Bununla yanaşı, 2023-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 16 min 251 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 44 min 775 ton təşkil edib.

Hava limanından 2023-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 38 min 488 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq 14 min 317, beynəlxalq reyslər üzrə isə 48 faiz artaraq 24 min 171 olub.

2023-cü ilin aprel ayında Türkiyenin bütün hava limanlarında sərnişin daşınması 54 milyon 604 min 362 nəfər, yük dövriyyəsi isə 1 milyon 122 min 266 ton təşkil edib.

2022-ci ildə isə Türkiyenin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.



Әlaqәli Xәbәrlәr