Türkiye bal ixracından 4 ayda 13,5 milyon dollar qazanıb

Şərqi Qara Dəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan yanvar-aprel dövründə Türkiyedən 40 ölkəyə, muxtar və sərbəst zonalara bal satıldığını bildirib.

1990866
Türkiye bal ixracından 4 ayda 13,5 milyon dollar qazanıb

Türkiye bal ixracından 4 ayda 13,5 milyon dollar qazanıb.

Şərqi Qara Dəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan yanvar-aprel dövründə Türkiyedən 40 ölkəyə, muxtar və sərbəst zonalara bal satıldığını bildirib.

Gürdoğan qeyd olunan dövrdə 4 min 142 ton bal ixracından 13 milyon 468 min 114 dollar əldə edildiyini bildirib.

"Bu dövrdə ən çox bal ixrac edilən 3 ölkə ABŞ, Almaniya və İsrail olub. ABŞ-a 5 milyon 256 min 178 dollar, Almaniyaya 2 milyon 110 min 292 dollar, İsrailə isə 1 milyon 803 min 82 dollar bal ixrac edilib" deyib.

Bal ixracında ölkələrin müxtəlifliyinə diqqət çəkən Gürdoğan balın ötən ilin eyni dövründən fərqli olaraq Səudiyyə Ərəbistanı, İrlandiya, Xorvatiya, Rumıniya, Venesuela, Çin Xalq Respublikası və Kameruna satıldığını bildirib.



Әlaqәli Xәbәrlәr