“Fitch” ABŞ-ın kredit reytinqini mənfgi qiymətləndirib
‘Fitch Ratings’ beynəlxalq reytinq agentliyi ABŞ-ın xarici valyutada uzunmüddətli emitent reytinqini ‘AAA’ səviyyəsinə (mənfi) endirib.

Bu barədə reytinq agentliyindən bildirilib.
“Fitch” qeyd edib ki, borc limitinin artırılması siyasəti ABŞ-ın kredit qabiliyyətinə mənfi təsir göstərən risklərə işarə edir. Büdcə kəsirinin və borc yükünün artması fiskal çətinliklər yarada bilər.
“ABŞ yanvarın 19-da 31,4 trilyon dollarlıq borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti keçməmək üçün fövqəladə tədbirlər görməyə başlayıb. Xəzinədarlıq Departamenti xəbərdarlıq etmişdi ki, bu cür fövqəladə tədbirlər iyunun 1-də tükənə bilər. Tarixin yaxınlaşmasına baxmayaraq, Ağ Evlə Respublikaçılar arasında büdcə limitinin artırılması ilə bağlı danışıqlarda hələlik razılıq əldə olunmayıb”- Agentlik əlavə edib.
Әlaqәli Xәbәrlәr

OPEC+ nazirlərinin növbəti görüşü Vyanada keçiriləcək
OPEC+ nazirlərinin növbəti görüşü noyabrın 26-da Vyanada keçiriləcək