İHL 9-15 mayda Avropanın ən işlək aeroportu oldu

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı - EUROCONTROL 9-15 may tarixləri üçün Avropa Aviasiya Hesabatını dərc edib

1988483
İHL 9-15 mayda Avropanın ən işlək aeroportu oldu

 

  İstanbul Hava Limanı 9-15 may həftəsi gündəlik orta hesabla 1419 uçuşla Avropanın ən işlək hava limanı oldu.

  Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı - EUROCONTROL 9-15 may tarixləri üçün Avropa Aviasiya Hesabatını dərc edib.

  Hesabata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1419 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub. Ondan sonra gündəlik 1325 uçuşla Amsterdam, 1310 uçuşla Parisin Şarl de Qoll, 1287 uçuşla Londonun “Hitrou” və 1252 uçuşla Frankfurt gəlir.



Әlaqәli Xәbәrlәr