Türkiyə prezidenti aprelin 20-də Qara dəniz qazı ilə bağlı müjdə verəcək

Türkiyə Radio Televiziya Qurumu – TRT-də Ərdoğan sözügedən mövzu ilə bağlı deyib...

1977092
Türkiyə prezidenti aprelin 20-də Qara dəniz qazı ilə bağlı müjdə verəcək

Türkiyə prezidenti aprelin 20-də Qara dəniz qazı ilə bağlı müjdə verəcək

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazı ilə bağlı müjdə verəcəklərini bildirdi.

  Türkiyə Radio Televiziya Qurumu – TRT-də Ərdoğan sözügedən mövzu ilə bağlı deyib: “Qara dəniz qazının ilk mərhələsi Zonguldak Filyosda istifadəyə veriləcək.

  Sakarya Qaz Yatağı kəşfiyyatdan ilk hasilatına qədər dünyanın ən sürətli dəniz yatağının inkişaf etdirilməsi layihəsidir.

  Aprelin 16-da quyulardakı siyirtmələr açıldı və dənizin altından magistral xəttə qaz verilməyə başladı. Üç il ərzində bu sahədə hasilatı 40 milyon kubmetrə çatdıracağıq. İkinci mərhələ bitdikdə bütün evlərin qaz tələbatını ödəyə biləcək səviyyəyə gələcəyik.

  Yeni kəşflər üçün də hazırlıq işləri aparırıq. Mərkəzi Qara dənizdə seysmik tədqiqatlar yekunlaşıb. Qiymətləndimə mərhələsinə keçdik. Bundan sonra qazma işlərinə başlanılacaq. Qərbi Qara dəniz bölgəsində kəşfiyyat bölgənin potensialının yüksək olduğunu göstərir”.

  Prezident Ərdoğan Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı bunları söyləyib: "Aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına təzə yanacağın gətirilməsi mərasimini keçirəcəyik. Sahəyə təzə yanacağın gətirilməsi ilə “Akkuyu” nüvə müəssisəsi statusunu qazanacaq. Rusiya prezidenti cənab Vladimir Putin də mərasimə video-konfrans vasitəsilə qatılacaq. Ölkəmizin elektrik enerjisinin 10 faizi bu stansiyadan gəlir. İqtisadiyyata 6,5 ​​milyard dollarlıq qatqı təmin edəcək “Akkuyu” 7 milyard kubmetr təbii qaz idxalının da qarşısını alacaq.

  Türkiyə dünyanın ən mühüm nüvə güclərindən birinə çevriləcək. “Türkiyə əsri” həm də "enerji əsri" olacaq”.



Әlaqәli Xәbәrlәr