Ərdoğan: "İstanbulu dünyanın aparıcı maliyyə mərkəzlərindən birinə çevirdik"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Maliyyə Mərkəzinin açılış mərasimində iştirak edib.

1976101
Ərdoğan: "İstanbulu dünyanın aparıcı maliyyə mərkəzlərindən birinə çevirdik"
İstanbul Finans .1.jpg
istanbul finans merkezi.jpg
istanbul finans merkezi.jpg

"İstanbulu dünyanın aparıcı maliyyə mərkəzlərindən birinə çevirdik".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Maliyyə Mərkəzinin açılış mərasimində deyib.

Fevralın 6-da baş verən zəlzələ fəlakətinə baxmayaraq, investisiya və inkişaf hərəkətlərini sürətləndirdiklərini vurğulayan Ərdoğan deyib:

“Millətimizi xəyalları ilə bir araya gətirməyə davam edirik. Bu gün Türkiyeni maliyyə sahəsində növbəti mərhələyə aparacaq İstanbul Maliyyə Mərkəzinin birinci mərhələsinin açılışının həyəcanını yaşayırıq”. 

"İstanbul Maliyyə Mərkəzi ölkəmizə kapital axınını asanlaşdıracaq. Yerli və xarici maliyyə qurumları bölgədə fəaliyyətə başladıqdan sonra İstanbul Maliyyə Mərkəzi ölkəmizin iqtisadiyyatına töhfə verəcək", -deyə dövlət başçısı qeyd edib. 

Prezident bildirib ki, İstanbul Maliyyə Mərkəzi Türkiyeni qlobal maliyyə mərkəzinə çevirmək üçün hazırlanmış uzaqgörən layihədir.

1,3 milyon kvadrat metr ofis sahəsi, 100 min kvadratmetr ticarət mərkəzi, 2 min 100 nəfərlik konqres mərkəzi, beş ulduzlu oteli olan layihənin banklar mərhələsinin tamamlanması ilə Türkiyadən və xaricdən əhəmiyyətli bank və maliyyə qurumlarının İstanbul Maliyyə Mərkəzinə cəlb ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr