“Çin inkişaf etməkdə olan ölkə deyil”?

... Qeyd edək ki, “İnkişaf etməkdə olan ölkələr” beynəlxalq qurumlar tərəfindən təşviq və mülayim rəftar görür

1967093
“Çin inkişaf etməkdə olan ölkə deyil”?

 

  ABŞ Nümayəndələr Palatasında beynəlxalq təşkilatlar tərəfindən Çinin "inkişaf etməkdə olan ölkə" kateqoriyasından çıxarılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

  Nümayəndələr Palatasında qanunvericilər Çinin "inkişaf etməkdə olan ölkə" kimi təsnifləşdirilməsinə son qoymağı hədəfləyən qanun layihəsinə səs veriblər.

  Hər iki partiyanın dəstəyini alan qanun layihəsi yekdilliklə qəbul edilib.

  “Çin inkişaf etməkdə olan ölkə deyil” başlıqlı qanun layihəsi ABŞ dövlət katibini Çini “inkişaf etməkdə olan ölkə” kimi təsnif edilməsini əngəlləmək üçün addımlar atmağa çağırır.

  Qanun layihəsi Çinin “inkişaf etməkdə olan ölkə” statusu sayəsində əldə etdiyi güzəştli qaydalar və yardımların qarşısının alınmasını və “inkişaf etməkdə olan ölkə”dən “yuxarı orta gəlirli” və ya “inkişaf etmiş ölkə” kateqoriyasına keçirilməsini nəzərdə tutur.

  Qeyd edək ki, “İnkişaf etməkdə olan ölkələr” beynəlxalq qurumlar tərəfindən təşviq və mülayim rəftar görür. Məsələn, Ümumdünya Ticarət Təşkilatı bu ölkələrə ticarət imkanlarını artırmaq üçün xüsusi imkanlar təqdim edir.

  ABŞ qanunvericiləri Çinin dünya iqtisadiyyatındakı yerinə işarə edərək bu hüquqlardan istifadə etməsinə qarşı çıxır.

 

Foto 1prime.ru saytına məxsusdur

 



Әlaqәli Xәbәrlәr