Bolqarıstan taxil istehsalçıları üçgünlük etiraz aksiyasına başlayıb
Martın 29-dan 31-dək səhər saatlarında fermerlər ağır texnikalarla ölkənin şimalındakı Vidin, Ruse, Silistra və Kardam sərhəd məntəqələrinin yolunu bağlayacaq

Bolqarıstanın taxil istehsalçıları Ukraynadan rüsumsuz taxıl idxalına dair Avropa reqlamentinin ölkələrinə şamil edilməsinə qarşı üçgünlük etiraz aksiyasına başlayıb.
Martın 29-dan 31-dək səhər saatlarında fermerlər ağır texnikalarla ölkənin şimalındakı Vidin, Ruse, Silistra və Kardam sərhəd məntəqələrinin yolunu bağlayacaq. Bu, nəticə verməyəcəyi təqdirdə aksiya davam etdiriləcək.
Qeyd edək ki, Bolqarıstan Buğda İstehsalı Assosiasiyası Ukraynadan ölkəyə dənli bitki tədarükünün aktivləşməsinin yerli məhsulların satışını çətinləşdirdiyini bildirib. Yerli fermerlər hökumətin dəstəyinə və bu reqlamentin Bolqarıstana şamil edilməyəcəyinə ümid bəsləyirlər.
Әlaqәli Xәbәrlәr

İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı titulunun sahibi olub
Amerikalı iş adamı İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı, titulunun sahibi olub.