"TOGG" üçün ilkin sifariş prosesində sıxlıq

İlkin sifariş prosesi başlayan Türkiyenin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG” T10X üçün ilk 4 saatda 7 734 ilkin sifariş verilib.

1961216

"TOGG"-un tviter hesabındakı paylaşımda, "Təşəkkür edirik... Martın 27-nə qədər davam edəcək ilkin sifariş prosesinin ilk 4 saatında 7734 istifadəçimiz "TOGG" T10X üçün ilkin sifarişi verdi. Bizə göstərdiyiniz etibar üçün təşəkkür edirik. Bu, hamımızın qürurudur” deyilib.

2023-cü il müddətində istifadəçilərlə bir araya gələcək 12 min T10X üçün ilkin sifariş sahiblərini təyin edəcək çəkiliş prosesi 27 mart tarixinə qədər davam edəcək.

Bu prosesdə Trumore tətbiqindən və ya "TOGG"-un veb saytından Tru.ID yaradan hər bir fərdi istifadəçi əvvəlcədən sifariş etmək istədikləri T10X-i konfiqurasiya edərək və 60 min lirə köçürdükdən sonra ilkin ödəniş etməklə çəkilişdə iştirak etmək hüququ qazanacaq. 

İlkin sifariş müddəti bitdikdən sonra rəqəmsal çəkiliş notariusun iştirakı ilə martın 28-də keçiriləcək.

Әlaqәli Xәbәrlәr