Türkiyenin istehsal etdiyi avtomobilin qiyməti açıqlandı
TOGG "T10X” avtomobilinin qiyməti 953 min TL-dən başlayacaq.
1959724




Türkiyenin istehsal etdiyi avtomobilin qiyməti açıqlanıb.
TOGG "T10X” avtomobilinin qiyməti 953 min TL-dən başlayacaq.
Uzunmənzilli “V2 RWD” modelinin qiyməti isə, 1 milyon 215 min TL təşkil edir.
Məlumat üçün bildirək ki, TOGG 13 mart 2023-cü ildə satışa çıxarılıb, hədəfi 2030-cu ilə qədər bir milyon avtomobil istehsal etməkdir.
"T10X" modelinə sahib olmaq istəyənlər TOGG-nin internet saytı və Trumore tətbiqi vasitəsilə müraciət edə bilərlər.
TOGG avtomobillərinin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib.
Әlaqәli Xәbәrlәr

İstanbul Hava Limanı Avropanın zirvəsindədir
İstanbul Hava Limanı fevral ayında 1269 reyslə Avropanın ən işlək hava limanı olub.