“Signature Bank” müflis olub

ABŞ-da Silikon Vadisi Bankının (SVB) ardından Nyu-Yorkda yerləşən “Signature Bank” da müflis olub.

1958661
“Signature Bank” müflis olub

Nyu York Maliyyə Xidmətləri Departamenti (DFS) bu barədə məlumat yayıb. Bildirilib ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) əmanətçiləri qorumaq üçün “Signature Bank”a qəyyum (müvəqqəti idarəçi) təyin edib.

“Signature Bank”ın 31 dekabr 2022-ci il tarixinə təxminən 110,4 milyard dollar aktivi və təxminən 88,6 milyard dollar depozit portfeli olub. Bank FDIC-ın üzvüdür.

Açıqlamada vurğulanıb ki, Nyu York Maliyyə Xidmətləri Departamenti istehlakçılar başda olmaqla, tənzimlədiyi qurumların sağlam fəaliyyətini və qlobal maliyyə sisteminin sabitliyini qorumaq məqsədilə bazar tendensiyalarını izləyərək digər qurumlarla sıx əməkdaşlıq edir.

Kaliforniyada yerləşən SVB 21 milyard dollarlıq istiqraz mövqeyini təxminən 1,8 milyard dollar itki ilə bağladıqdan və 2 milyard dollardan çox kapital cəlb edəcəyini elan etdikdən sonra səhmlərinin qiyməti 60 faizdən çox düşüb.

Bəzi vençur kapitalı investorları şirkətlərə pullarını bankdan çıxarmağı tövsiyə etdikdən sonra bank itirməkdə davam etdiyi üçün onun fəaliyyəti dayandırılıb.

FDIC-ın martın 10-da SVB-yə müvəkkil təyin edildiyini açıqlaması da, bazarlarda azalmaya səbəb olub.

SVB-nin bu il iflas edən ilk FDIC-də sığortalı qurum olduğu qeyd edilib.

SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biridir.

 



Әlaqәli Xәbәrlәr