“Türkiyə avtomobil yönümlü akkumulyator sərmayəsi üçün qollarını çırmalayıb”, M.Varank
"ASPİLSAN Enerji" tərəfindən Kayseridə 1,5 milyard lirə sərmayə ilə qurulan Avropanın ilk və tək silindrik litium-ion batareya istehsal müəssisəsində olan M.Varank enerji sənayesinin böyük bir dəyişiklik və transformasiyaya məruz qaldığını söyləyib
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Türkiyəni akkumulyator sənayesi və saxlama texnologiyalarında əhəmiyyətli bir oyunçu etmək istədiklərini söylədi.
"ASPİLSAN Enerji" şirkəti tərəfindən Kayseridə 1,5 milyard lirə sərmayə ilə qurulan Avropanın ilk və tək silindrik litium-ion batareya istehsal müəssisəsində olan M.Varank enerji sənayesinin böyük bir dəyişiklik və transformasiyaya məruz qaldığını söyləyərək deyib: “Xüsusilə avtomobillərin elektrikləşdirilməsi ilə enerji sektorunda çox ciddi bir transformasiya olub. Litium-ion batareyalar bu transformasiyada çox əhəmiyyətli oyunçulardır. Biz Türkiyədə litium-ion batareyalar baxımından investisiyaları dəstəkləyirik.
Bu obyektdə gündə 24 min ədəd akkumulyator istehsal olunur.
Türkiyə avtomobili TOGG, Farasis ilə birlikdə Türkiyədə avtomobil yönümlü akkumulyator sərmayəsi üçün qollarını çırmalayıb.
“Ford” şirkəti yenə Türkiyədə akkumulyator sərmayəsi qoyacağını açıqladı.
Hazırda Türkiyədə müxtəlif şirkətlər saxlama texnologiyalarına da sərmayə qoyur.
Biz Türkiyəni akkumulyator sənayesi və saxlama texnologiyalarında əhəmiyyətli bir oyunçu etmək istəyirik”.
Məlumat üçün deyək ki, 1981-ci ildə qurulan “ASPİLSAN Enerji” enerji, müdafiə sənayesi və aviasiya sektorlarında fəaliyyət göstərən bir şirkətdir. Avropada litium-ion təkrar doldurulan 18650 silindrik batareyaları kütləvi istehsal edən ilk şirkətdir. Türkiyənin ilk və yeganə Ni-Cd kimyasında təyyarə/vertolyot akkumulyator sistemləri istehsal edir. Şirkət Türkiyənin ən böyük akkumulyator istehsalçısıdır.