“Türkiyə Aİ üçün ən uyğun marşrut və ən etibarlı limandır”, F.Dönmez

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə paytaxt Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu Toplantısındakı çıxışında F.Dönmez deyib...

1941680
“Türkiyə Aİ üçün ən uyğun marşrut və ən etibarlı limandır”, F.Dönmez

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyənin Avropa İttifaqının (Aİ) təchizat təhlükəsizliyini artırmaq üçün ən uyğun marşrut və ən etibarlı liman olduğunu bildirib.

  Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə paytaxt Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu Toplantısındakı çıxışında F.Dönmez deyib: “Mənbələri və marşrutları şaxələndirərək uzunmüddətli enerji təchizatının təhlükəsizliyinin təmin edilməsində yaşıl iqtisadiyyat siyasətimiz daha iddialı və səmərəli olacaq.

  İnanıram ki, Cənub Qaz Dəhlizinin kritik rolu ilə bağlı dəyərli iştirakçılar arasında uzunmüddətli enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində ümumi anlaşma var. İndiyə qədər qarşılaşdığımız son qlobal hadisələr regional təhlükəzilik üçün əməkdaşlığın əhəmiyyətini bir daha ortaya qoydu. Bu kontekstdə Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmasaydı, Cənub Qaz Dəhlizi konsepsiyası reallaşa bilməzdi. Bu baxımdan Türkiyə ən uyğun marşrutdur və Aİ-nin təchizat təhlükəsizliyini artırmaq üçün ən etibarlı limandır. Türkiyə infrastruktur sərmayələri və beynəlxalq layihələrdəki uğurları ilə etibarlılığını sübut edib.

  Türkiyə təkcə təbii qaz deyil, həm də elektrik enerjisinin nəqli üçün ən uyğun marşrutdur. Azərbaycan, Gürcüstan, Bolqarıstan və Yunanıstanla elektrik əlaqələri olan Türkiyə yaşıl enerjinin nəqli üçün də yeni tərəfdaşlıqlara və layihələrə hazırdır".



Әlaqәli Xәbәrlәr