2023-ci ilin ilk ayında Antalyaya gələn turist sayı rekord həddə çatıb
Antalya 2023-cü ilin ilk ayında 219 min 647 xarici turistə ev sahibliyi edib.

Dünyanı təsir altına alan yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı Təhlükəsiz Turizm Sertifikatı proqramı ilə turistləri qəbul etməyə davam edən Antalya, ötən il 13,5 milyon xarici ziyarətçi qəbul edib.
Antalya Mədəniyyət və Turizm Müdirliyinin hesabatına görə 2023-cü il mövsümü üçün ümidverici atmosferin hökm sürdüyü şəhərə yanvar ayında hava yolu ilə gələn xarici turistlərin sayı, əvvəlki ilə müqayisədə 58% artımla 219 min 647-yə çatıb.
Hesabatda bildirilib ki, cari ilin ilk ayında ən çox turistin gəldiyi ölkələr arasında hər il olduğu kimi yenə Rusiya birinci sırada yerləşib. Yanvarda Rusiyadan 71 min 752 turist gəlib. Bu ölkəni sırası ilə Almaniya (35 min 214), İngiltərə (13 min 512), Polşa (8 min 86) və İsrail (7 min 570 ) izləyib.
Әlaqәli Xәbәrlәr

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft daşımağı planlaşdırır
Qazaxıstan apreldə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton neft daşımağı planlaşdırır.