“Müqavimət”gəmisi vəzifəyə başlayır

Türkiyənin enerji donanmasına məxsus “Müqavimət” gəmisi fevral ayında ilk vəzifəsinin icrasına başlayacaq.

1936479
“Müqavimət”gəmisi vəzifəyə başlayır

Energetika və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamada Qara dənizdə aşkar edilən 710 milyard kubmetr təbii qazın quruya çıxarılması istiqamətində işlərin sürətlə davam etdiyi qeyd edilib.

Bu çərçivədə, Sakarya Qaz Yatağından Filyos Təbii Qaz Emalı Müəssisəsinə qazı daşıyacaq borularla yanaşı, nəhəng texnikaların da Qara dənizin dərinliklərində yer aldığına, əməliyyatlarda təxminən 10 min insanın 50-dən çox gəminin iştirak etdiyinə diqqət çəkib.

Bəyanatda həmçinin qeyd edilib ki, Dünya üzrə cəmi 5 ölkədə olan bu enerji donanması hər keçən gün güclənir. Bunlardan sonuncusu isə “Müqavimət” gəmisidir. Bu gəmimiz daha çox su altında davam edən əməliyyatlara dəstək verəcək. Uzunluğu təxminən 100 metr, eni 21 metr olan gəmidə eyni vaxtda 2-dən çox sualtı robot işa sanıla bilər.



Әlaqәli Xәbәrlәr