“Bayraktar TB2” üçün müqavilə imzalayan daha bir ölkə

“Bayraktar TB2” SİHA-sı 2019-cu ilin iyul ayında Küveytdə demo uçuşunda böyük uğur qazanmışdı

1934766
“Bayraktar TB2” üçün müqavilə imzalayan daha bir ölkə

 

  “Baykar” və Küveyt Müdafiə Nazirliyi arasında “Bayraktar TB2”nin ixracı üçün müqavilə imzalanıb.

  “Baykar” şirkətinin verdiyi məlumata görə, Türkiyənin yerli və orijinal “Bayraktar TB2” silahlı uçuş aparatı (SİHA)  ixracat uğuru əldə edib.

  “Baykar" 2023-cü ilə Küveyt Müdafiə Nazirliyi ilə imzaladığı 370 milyon dollarlıq ixrac müqaviləsi ilə başlayıb. Bu müqavilə ilə birlikdə “Bayraktar TB2” SİHA üçün ixracat müqaviləsi imzalayan ölkələrin sayı 28-ə çatıb.

  Qeyd edək ki, “Baykar” və Küveyt Müdafiə Nazirliyi arasında proses 2019-cu ildə başlamışdı.

  Amerika, Avropa və Çindən önəmli şirkətlərin də iştirak etdiyi rəqabətin qalibi Türkiyənin milli SİHA-sı “Bayraktar TB2” sayılır.

  “Bayraktar TB2” SİHA-sı 2019-cu ilin iyul ayında Küveytdə demo uçuşunda böyük uğur qazanmışdı. O, yüksək temperatur və qum fırtınası kimi çətin coğrafi-iqlim şəraitində 27 saat 3 dəqiqə fasiləsiz uçaraq Türkiyə aviasiya tarixində bir ilkə imza atdı və o dövrdə havada qalma rekordunu qırdı.



Әlaqәli Xәbәrlәr