Türkiyə Macarıstana HİMARS-a alternativ yaylım atəş sistemi təklif etdi

Macarıstan xarici və ticarət naziri Piter Siyyarto (Peter Szijjarto) ilə birgə mətbuat konfransında çıxış edən M.Varank qurulan məsləhətləşmə mexanizmləri və qoyulan sərmayələrlə iki ölkə arasında əlaqələrin böyük bir sürət qazandığını söyləyərək deyib...

1933686
Türkiyə Macarıstana HİMARS-a alternativ yaylım atəş sistemi təklif etdi

 

  Türkiyə Macarıstana Amerika istehsalı olan HİMARS reaktiv yaylım atəşi sisteminə alternativ Türkiyə istehsalı olan reaktiv yaylım atəş sistemini təklif edib.

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank rəsmi səfəri çərçivəsində Macarıstanda paytaxt Budapeştdə keçirilən Türkiyə-Macarıstan VIII Dövr Qarışıq İqtisadi Komissiyası Toplantısına qatılıb.

  Yığıncaqdan sonra Macarıstanın xarici və ticarət naziri Piter Siyyarto (Peter Szijjarto) ilə birgə mətbuat konfransında çıxış edən M.Varank qurulan məsləhətləşmə mexanizmləri və qoyulan sərmayələrlə iki ölkə arasında əlaqələrin böyük bir sürət qazandığını söyləyərək deyib: “Türkiyə enerjidə mərkəzolma yolunda möhkəm addımlar atır. İki ölkə arasında müdafiə sənayesində əməkdaşlıq artıb.

  Türkiyə Macarıstana Amerika istehsalı olan HİMARS reaktiv yaylım atəşi sisteminə alternativ məhsullar üzrə dəstək verməyə hazırdır.

  Macarıstanın HİMARS-la bağlı addım atıb-atmayacağını bilmirəm, amma bunu deyə bilərəm ki, Türkiyə də alternativ məhsullar istehsal edir. Bunlara ehtiyac olarsa, lazımi dəstəyi verməyə hazırıq."

  Macarıstanın xarici işlər naziri Piter Siyyarto da öz növbəsindəki çıxışında iki ölkə arasında silah satışı müqaviləsi olduğuna diqqət çəkərək deyib: “Masada açıq təkliflər var. Təbii ki, bütün bunları əvvəlcə Müdafiə Nazirliyi, sonra isə hökumət qiymətləndirir”.



Әlaqәli Xәbәrlәr