Türkiyə Azərbaycana hazır geyim ixracatını 30 faizdən çox artırıb

Türkiye 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 faiz artıraraq 61,9 milyon dollara çatdırıb.

1916729

Türkiye Ticarət Nazirliyinin məlumatına görə, noyabr ayında Türkiye Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 50,7 faiz artıraraq 6,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyenin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 19,1 milyard dollara bərabər olub.

Cari ilin noyabr ayında Türkiye 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,4 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində Türkiye 21,3 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Әlaqәli Xәbәrlәr