Türkiye noyabrda 354,9 milyon dollarlıq təzə meyvə və tərəvəz ixrac edib

Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Fərhat Gürüz yazılı açıqlamasında sektorun noyabr ayı ixracat satışlarını qiymətləndirib.

1916520
Türkiye noyabrda 354,9 milyon dollarlıq təzə meyvə və tərəvəz ixrac edib

Türkiye noyabrda 354,9 milyon dollarlıq təzə meyvə və tərəvəz ixrac edib.

Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Fərhat Gürüz yazılı açıqlamasında sektorun noyabr ayı ixracat satışlarını qiymətləndirib.

F.Gürüz noyabr ayında Türkiyenin təzə meyvə-tərəvəz ixracının 354,9 milyon dollar olaraq reallaşdığını bildirib.

"İlin 11-ci ayında beynəlxalq bazarlarda 565 min 406 ton məhsul satışı reallaşdıran sənayemiz naringi, limon və üzümdə ən yüksək ixracı həyata keçirib. 109,3 milyon dollar naringi, 38 milyon dollar limonvə 28,9 milyon dollarlıq üzüm ixracı reallaşdırdıq" -deyə Fərhat Gürüz qeyd edib. 

Sözügedən dövrdə ən çox ixracın Rusiyaya edildiyi barədə məlumatı paylaşan Gürüz deyib:

"İlk üç yerdə Rusiya, Ukrayna və Rumıniya qərarlaşıb. Rusiyaya 168,3 milyon dollar, Ukraynaya 23,6 milyon dollar, Rumıniyaya 16,5 milyon dollarlıq ixrac reallaşdırmışıq. Sözügedən dövrdə ixrac həcmində ciddi artım əldə etdiyimiz ölkələr Qətər, İsrail və Avstriya olub. Türkiye ilə Səudiyyə Ərəbistanı arasında müsbət ikitərəfli münasibətlərin yaratdığı normallaşma prosesində bu bazarda varlığımızı hər ay gücləndiririk”.



Әlaqәli Xәbәrlәr