“Bu, quruda aparılan ən böyük neft kəşflərindən biri sayıla bilər”, F.Dönmez

Türkiyənin özəl bir televiziya kanalında Şırnakdakı neft kəşfiyyatı barədə danışan nazir deyib...

1915699
“Bu, quruda aparılan ən böyük neft kəşflərindən biri sayıla bilər”, F.Dönmez

 

  Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez Şırnakdakı neft kəşfiyyatının son vaxtlar quruda aparılan ən böyük kəşflərdən biri sayıla biləcəyini söylədi.

  Türkiyənin özəl bir televiziya kanalında Şırnakdakı neft kəşfiyyatı barədə danışan nazir deyib: “Bölgədə təxminən bir ildir seysmik tədqiqatlar intensivləşdirilib. Təhlükəsizlik səbəbiylə neft kəşfiyyatı həyata keçirilə bilməmişdi. Biz indi əsgərlərimizin orada terroru təmizlədiyi ərazilərdə seysmik tədqiqatlar aparırıq.

  Hazırda Şırnakdakı Qabar dağı və ətrafındakı 4 quyuda gündəlik 1200-1300 barel civarında neft hasilatımız var. Biz oradakı quyuların sayını 10 və daha çox saya çatdırmağı nəzərdə tutmuşuq. Qabar dağının başqa bir hissəsində aparılan seysmik tədqiqatlar yekunlaşmaq üzrədir. Ola bilsin, bu, orada son dövrdə quruda edilən ən böyük kəşflərdən biri sayıla bilər. 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlinə işlər və araşdırmalar tamamlandıqdan sonra bildirəcəyik.

  Şırnakda neft kəşfiyyatı davam etdirilir”.



Әlaqәli Xәbәrlәr