Sənaye ixracında rekord

Türkiye sənaye sektoru cari ilin yanvar-noyabr aylarında bütün zamanların ən yüksək ixracatını reallaşdırıb.

1915317
Sənaye ixracında rekord

Qlobal bazarlardakı qeyri-müəyyənliklərə baxmayaraq, Türkiye sənaye sektorunun nümayəndələri öz strategiyaları və planları çərçivəsində ixrac fəaliyyətlərini effektiv şəkildə davam etdirirlər.

Türkiye İxracatçılar Məclisinin (TİM) hesabatına görə, Türkiyenin ixracatı yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə müqayisədə 13,9% artaraq 231 milyard 248 milyon dollara yüksəlib.

Türkiye sənaye sektoru da 169 milyard 670 milyon dollarla yanvar-noyabr aylarında bütün zamanların ən yüksək ixracatını reallaşdırıb.

İlin 11 ayında toxuculuq və xammal ixracı 3,8%, dəri və dəri məmulatlar 19,2%, kimya materialları və məmulatları 34,2%, hazır geyim və geyim sənayesi 5,8%, elektrik enerjisi və elektronika 6,7%, maşınqayırma və onun komponentləri 10,2%, qara və əlvan metallarin ixracı 19,4%, sement, şüşə, keramika və torpaq məmulatları 19,5%, müdafiə və aviasiya sənayesində 35,7%, kondisioner sənayesi ixracı isə 8,4% artıb.



Әlaqәli Xәbәrlәr