Türkiyə lirəsi ilə ixracat 2022-ci ilin noyabr ayında

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə...

1914403
Türkiyə lirəsi ilə ixracat 2022-ci ilin noyabr ayında

 

  Türkiyənin türk lirəsi ilə ixracatı 2022-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayına görə 114 faiz artaraq 15 milyard 679 milyon lirəyə çatıb.

  Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, noyabr ayında ixrac əvvəlki ayla müqayisədə 1,9 faiz artaraq 21,9 milyard dollara, xarici ticarət həcmi isə 8,6 faiz artaraq 52 milyard 509 milyon dollara yüksəlib.

  Türkiyənin xarici ticarət həcminin artmasına paralel olaraq türk lirəsi ilə ticarət də yüksəliş trendini davam etdirib. Beləl ki, 2022-ci ilin avqust ayından etibarən türk lirəsi ilə ticarət sürət qazanıb. Sözügedən ayda ixrac 10 milyard 364 milyon lirə, sentyabrda 16 milyard 23 milyon lirə, oktyabrda 13 milyard 15 milyon lirə, noyabrda isə ilin eyni ayına görə 114 faiz artımla 15 milyard 679 milyon lirə olub.

  2022-ci ilin yanvar-noyabr ayları dövründə türk lirəsi ilə ixrac 2021-ci ilin eyni dövrünə görə 94 faiz artaraq 113 milyard 703 milyon lirəyə çatıb.

  2022-ci ilin noyabr ayında türk lirəsi ilə ixrac edilən ölkələrin sayı 162, ixrac edən şirkətlərin sayı isə 7182 olub.



Әlaqәli Xәbәrlәr