"Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək", D.Peskov
Bunu Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib...

"Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək", bunu Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər. D.Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.
Rusiya hökuməti sədrinin müavini Aleksey Novak da məsələ ilə əlaqədar qeyd edib ki, RF qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.
Әlaqәli Xәbәrlәr

İstanbul birjasında əməliyyat müvəqqəti dayandırıldı
İstanbul Fond Birjasında (Borsa İstanbul) ticarətin müvəqqəti dayandırılması barədə qərar qəbul edi

Türkiyə kənd təsərrüfatında ən yüksək yanvar ayı ixracatı
Kənd təsərrüfatında fəaliyyət göstərən 10 sektordan 6-sı ixrac rekordları qırıb...