Oktyabr ayında İstanbula gələn turist sayında artım olub

Oktyabr ayında İstanbula gələn turist sayı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq 1 milyon 584 min 692 olub.

1911896
Oktyabr ayında İstanbula gələn turist sayında artım olub

Oktyabr ayında İstanbula gələn turist sayı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq 1 milyon 584 min 692 olub.

İstanbul Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, cari ilin ilk 10 ayında şəhərə ümumilikdə 13 milyon 372 min 526 turist gəlib.

Cari ilin oktyabr ayında İstanbul keçən il ilə müqayisədə 37 artımla 1 milyon 584 min 692 turisti qəbul edib.

Oktyabr ayında şəhərə hava yolu ilə 1 milyon 538 min 452 nəfər, dəniz yolu ilə isə 46 min 240 nəfər turist gəlib.

Sözügedən ayda İstanbula gələn turistlər arasında 185 min 339 nəfərlə Rusiya birinci yeri tutub.

Rusiyanı 116 min 219 turistlə Almaniya, 94 min 579 turistlə İran, 72 min 428 turistlə ABŞ, 62 min 510 turistlə İngiltərə, 55 min 389 turistlə Fransa, 48 min 999 turistlə Səudiyyə Ərəbistanı, 40 min 788 turistlə İtaliya, 40 min 108 turistlə İsrail, 33 min 691 turistlə İraq, 31 min 740 turistlə Özbəkistan, 29 min 172 turistlə İspaniya, 28 min 676 turistlə İordaniya, 27 min 624 turistlə, 26 min 995 turistlə Hindistan izləyib.

Oktyabr ayında İstanbula Tonqa və Solomon adalarından bir nəfər, Nauru və Makaodan isə iki nəfər olmaqla 194 ölkədən turist gəlib.



Әlaqәli Xәbәrlәr