“Mən istəyirəm ki, Rusiya bunu hiss etsin”, V.Zelenski

Paytaxt Kiyevdə keçirilən “Ukraynadan taxıl” beynəlxalq forumunda Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bu yana davam edən müharibədən doğan problemlərlə bağlı V.Zelenski deyib...

1911517
“Mən istəyirəm ki, Rusiya bunu hiss etsin”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski ölkəsindən taxıl axınını təmin edən Taxıl Dəhlizi Sazişi sayəsində 500-ə yaxın gəmi ilə ümumilikdə 40 ölkəyə 12 milyon ton taxıl məhsulunun çatdırıldığını bildirib.

  Paytaxt Kiyevdə keçirilən “Ukraynadan taxıl” beynəlxalq forumunda Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bu yana davam edən müharibədən doğan problemlərlə bağlı V.Zelenski deyib: “Rusiyanın Ukraynadakı müharibəsi dünyada bir çox insanın ac və susuz qalmasına səbəb olur. Biz dünyada milyonlarla insanın ac və susuz qalmasına imkan verməyəcəyik.

  Ukrayna dünyaya taxıl məhsulları ixrac edən ən mühüm ölkələrdən biridir. Dünyada aclıq böhranının yaşanmaması üçün bütün çətinliklərə baxmayaraq, müxtəlif ölkələrə taxıl məhsulları göndərməyə davam edirik.

  Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində milyonlarla ton taxıl məhsulları ilə yüklənmiş gəmilər qlobal aclıq böhranının qarşısını almaq üçün Ukrayna limanlarından çıxır. İndiyədək limanlarımızdan 500-ə yaxın gəmi gedib. Bu, dünyanın 40 ölkəsi və adamları üçün 12 milyon ton kənd təsərrüfatı məhsulu deməkdir.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə Qara dəniz taxıl dəhlizinin yaradılmasına verdikləri mühüm töhfələrə görə təşəkkür edirik.

  Avropa İttifaqı ölkələri Rusiya neftinin qiymətini 65 dollara qədər endirmək üçün yeni sanksiyalar hazırlamağa çalışır, lakin bu, kifayət deyil. Biz istəyirik ki, sanksiyalar effektiv olsun və limitlər (qiymət həddi) 30-40 dollar səviyyəsində olsun ki, Rusiya bunu hiss etsin”.



Әlaqәli Xәbәrlәr