Rusiya gübrə ixracı üç əsas problemlə üzləşir

D.Mazepin Rusiya gübrə ixracının üç əsas problemlə üzləşdiyini bildirərək ölkə prezidentinə bunları söyləyib...

1910035
Rusiya gübrə ixracı üç əsas problemlə üzləşir

 

  Rusiya prezidenti Vladimir Putin Rusiyanın gübrə ixracının süni maneələrlə üzləşdiyini bildirib.

  Paytaxt Moskvada ölkənin ən böyük gübrə istehsalçılarından biri olan “Uralchem”in əsas səhmdarlarından biri, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Gübrə İstehsalçıları Komissiyasının sədri Dmitri Mazepin ilə görüşündə V.Putin deyib: “Sanksiyalarla bağlı Afrika ölkələri Rusiya ilə əlaqə saxlayır, narahatlıqlarını bildirir. Qərb ölkələri bunu anlamaz. Söhbət kasıb ölkələrə kömək etməkdən gedir. Hətta pulsuz vermək istədiyimiz gübrə yardımı da əngəllənir. Bu, qətiyyən qəbuledilməzdir.

  “Uralchem” ​​dünyanın ən böyük gübrə istehsalçılarından biridir. Bəzi ölkələrin ixraca süni maneələrinə baxmayaraq, bilirəm ki, işlər kifayət qədər yaxşı gedir. Maneələrdən ən çox əziyyət çəkən qlobal bazarlardır. Biz istisnasız olaraq bütün tərəfdaşlarımızla bu sahədə işimizi genişləndirməyə hazırıq”.

  D.Mazepin Rusiya gübrə ixracının üç əsas problemlə üzləşdiyini bildirərək ölkə prezidentinə bunları söyləyib: “Bunlar gəmilərin kirayəsi, sığorta və ödənişləri ilə bağlıdır. Banklar çox ciddi maneə yaradır. İstədikləri adamın, hüquqşünasın ödənişlərini bloklayırlar. Ona görə dollar və avro ilə işləməməyi öyrəndik. Məsələn, Braziliyaya gübrə ixracımız yuanla ödənilir. Rusiyanın avro və dollardan istifadəsinə qadağa qoyulduğu üçün bir çox inkişaf etməkdə olan ölkələr gübrə ödənişini yuanla etməyə hazır olduğunu bildirib”.



Әlaqәli Xәbәrlәr