Türkiyenin külək enerjisi istehsalı
Türkiyenin külək enerjisindən elektrik istehsalı 204 min 375 meqavat-saatla bütün zamanların ən yüksək səviyyəsinə çatarkən, küləyin ümumi elektrik istehsalında hissəsi 25 faiz olub.
1909478

Türkiyenin külək enerjisindən elektrik istehsalı 204 min 375 meqavat-saatla bütün zamanların ən yüksək səviyyəsinə çatarkən, küləyin ümumi elektrik istehsalında hissəsi 25 faiz olub.
Türkiye Elektrik Ötürmə AŞ (TEİAŞ) məlumatlarına görə, ötən gün Türkiyedə 817 min 296 meqavat-saat elektrik enerjisi istehsal edilib.
Külək elektrik stansiyaları istehsalda 25 faiz payla birinci yerdədir. Külək elektrik stansiyalarını 24,7% ilə idxal kömür və 14,9% ilə linyit zavodları izləyib.
Beləliklə, Türkiyedə külək enerjisindən istehsal olunan elektrik enerjisi 204 min 375 meqavat-saatla bütün zamanların ən yüksək həddinə çatıb.
Küləkdən elektrik enerjisi istehsalı üzrə son rekord aprelin 2-də 203,6 meqavat-saat olub.