Çin “Kəmər və yol”a yenidən start verir

Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Kəmər və yol” təşəbbüsü 2013-cü ildə elan edilib

1907727
Çin “Kəmər və yol”a yenidən start verir

 

  “Çin növbəti dəfə Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunu təşkil etməyi nəzərdən keçirir”, bu fikri Çin Xalq Respublikasının sədri Si Cinpin Tailandda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxışı zamanı səsləndirib. “Kəmər və yol” təşəbbüsü üzrə dövlət və hökumət başçıları səviyyəsində 3-cü forumun gələn il təşkilinin nəzərdə tutulduğunu bildirən Si Cinpin tədbirin Asiya-Sakit okean bölgəsində, habelə bütün dünyada inkişafa yeni bir təkan verəcəyini bildirib.

  Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Kəmər və yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən iki ölkə arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Kəmər və yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan prezidenti İ.Əliyev 2019-cu ildə II Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

 



Әlaqәli Xәbәrlәr