“Türkiyə ilə növbəti AES-in tikintisi üçün danışıqlara başladıq”, A.Lixaçev
Rusiyanın “Rossiya-24” dövlət kanalına müsahibəsində A.Lixaçev bildirib...

Rusiyanın Atom Enerjisi üzrə Dövlət Agentliyi “Rosatom”un baş direktoru Aleksey Lixaçev Türkiyə ilə Sinopda atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başladıqlarını açıqlayıb.
Rusiyanın “Rossiya-24” dövlət kanalına müsahibəsində A.Lixaçev bildirib: “Türkiyə Sinopda ikinci atom elektrik stansiyasını tikməyi planlaşdırır. Sinop 4 enerji bloku olan böyük AES-in tikintisi üçün uyğun bir yerdir. Rusiya ilə texnoloji müttəfiqliyin yaradılması, investisiya siyasəti və Türkiyənin enerji bazarının formalaşdırılması üçün türkiyəli iş ortaqlarımızla danışıqlara başladıq”.
Qeyd edək ki, Türkiyənin ilk atom elektrik stansiyasının olacağı Mersin rayonunda Akkuyu AES-lə bağlı müqavilə 2010-cu ildə Rusiya ilə imzalanıb. Dörd reaktordan ibarət və ümumi quraşdırılmış gücü 4800 meqavat olacaq Akkuyu elektrik stansiyasının ilk reaktoru 2023-cü ildə işə salınacaq.
Әlaqәli Xәbәrlәr

2023-ci ilin ilk ayında Antalyaya gələn turist sayı rekord həddə çatıb
Antalya 2023-cü ilin ilk ayında 219 min 647 xarici turistə ev sahibliyi edib.