Türkiyenin ixracında artım qeydə alınıb

Türkiyenin ixracı sentyabr ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,2 faiz artaraq 22 milyard 616 milyon dollara çatıb.

1888143
Türkiyenin ixracında artım qeydə alınıb

Türkiyenin ixracı sentyabr ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,2 faiz artaraq 22 milyard 616 milyon dollara çatıb.

Ticarət Nazirliyinin sentyabr ayı üzrə müvəqqəti xarici ticarət statistikasından ibarət məlumat bülleteni açıqlanıb.

Buna görə, Ümumi Ticarət Sistemi (GTS) məlumatları nəzərə alındıqda, ixrac sentyabr ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,2 faiz artaraq 22 milyard 616 milyon dollara çatıb.

Bu rəqəm ən yüksək sentyabr ixracı kimi qeydə alınıb.

Sentyabrda ən çox ixrac reallaşdırılan ölkələr 2 milyard 2 milyon dollarla Almaniya, 1 milyard 378 milyon dollarla ABŞ və 1 milyard 277 milyon dollarla İraq olub.



Әlaqәli Xәbәrlәr