Türkiyənin ixracı avqustda 13,1 faiz artıb

Türkiyənin ixrac həcmi avqust ayında əvvəlki ilin müvafiq dövrünə müqayisədə 13,1% artıb.

1886729
Türkiyənin ixracı avqustda 13,1 faiz artıb

Türkiyə dövlət statistika komitəsi və Ticarət Nazirliyinin birgə hazırladığı hesabata görə avqust ayında 21 milyard 337 milyon dollarlıq ixracat reallaşdırılıb. Sözmövzusu dövrdə idxal həcmi isə 40,4% artımla 32 milyard 531 milyon dollara çatıb.

Hesabatda qeyd edilib ki, avqust ayında ən çox ixrac reallaşdırılan ölkə 1 milyard 664 milyon dollarla Almaniya olub. Bu ölkəni 1 milyard 483 milyon dollarla Amerika Birləşmiş Ştatları, 1 milyard 258 milyon dollarla İraq, 1 milyard 104 milyon dollarla Böyük Britaniya, 949 milyon dollarla Rusiya izləyib.

Bildirilib ki, avqust ayında 5 ölkəyə reallaşdırılan ixrac həcmi ümumi ixracatın 30,3%-ni təşkil edib.



Әlaqәli Xәbәrlәr