Rusiya ilə Əfqanıstan arasında buğda daşınması ilə bağlı razılıq əldə olundu

Z.Kabulov Rusiyanın TASS xəbər agentliyinə verdiyi məlumatda Əfqanıstanla ilkin razılıqların əldə edildiyini bildirərək deyib...

1885932
Rusiya ilə Əfqanıstan arasında buğda daşınması ilə bağlı razılıq əldə olundu

 

  Rusiya Prezident Aparatının Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya ilə Əfqanıstan arasında enerji resursları və buğda daşınması ilə bağlı razılıqların əldə olunduğunu açıqlayıb.

  Z.Kabulov Rusiyanın TASS xəbər agentliyinə verdiyi məlumatda Əfqanıstanla ilkin razılıqların əldə edildiyini bildirərək deyib: “Müqavilələr enerji, yanacaq və buğda daşınmalarını əhatə edir. Bundan sonra tərəflər həcmlər üzrə müvafiq müqavilələr imzalayacaqlar.”

  Talibanın sözçüsü Zabihullah Mücahid “Twitter” hesabından mövzu ilə bağlı verdiyi açıqlamada yazıb: “Taliban hökumətinin ticarət və sənaye nazirinin müavini Hacı Nurəddin Əzizinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada olub. Aparılan danışıqlardan sonra növbəti illə bağlı neft və buğda kimi zəruri məhsulların alınması üçün müxtəlif müqavilələrin imzalanmasına dair razılıqlar əldə edilib”.

  Qeyd edək ki, Rusiyadan yaxın bir neçə həftə ərzində göndəriləcək məhsullar Əfqanıstan bazarına çıxarılacaq.



Әlaqәli Xәbәrlәr