Fatih Dönmezin Qazaxıstan görüşləri

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez Qazaxıstan və Azərbaycanın energetika nazirləri və Özbəkistanın nazir müavini ilə görüşüb

1885922
Fatih Dönmezin Qazaxıstan görüşləri

 

  Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez Qazaxıstan və Azərbaycanın energetika nazirləri və Özbəkistanın nazir müavini ilə görüşüb.

  Türk Dövlətləri Təşkilatı Enerji Nazirləri Toplantısı üçün Qazaxıstanın Almatı şəhərinə gedən F.Dönmez görüşdən əvvəl Özbəkistanın energetika nazirinin müavini Əzim Əhmədhacayevlə bir araya gəlib.

  Türkiyə naziri ev sahibi Qazaxıstanın energetika naziri Bolat Akçulakov, sonra isə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

  Söhbətlər zamanı enerji, xüsusilə də bərpa olunan enerji, dənizlərdə və quruda karbohidrogenlərin kəşfiyyatı sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə olunub.



Әlaqәli Xәbәrlәr