Mostar üçün “Yüksel Proje” ilə müqavilə bağlandı

FBİH Avtomobil Yolları İdarəsindən verilən məlumatda bildirilir ki...

1885029
Mostar üçün “Yüksel Proje” ilə müqavilə bağlandı

 

  Türkiyə şirkəti Bosniya Herseqovinanın cənubundakı Mostarda avtomobil yolu layihəsini həyata keçirəcək.

  Paytaxt Sarayevoda Bosniya Herseqovina Federasiyası (FBİH) Avtomobil Yolları İdarəsi binasında magistral yol layihəsi çərçivəsində Mostarın Şimal-Mostar Cənub hissəsi üçün Türkiyənin “Yüksel Proje” şirkəti ilə müqavilə imzalanıb.

  FBİH Avtomobil Yolları İdarəsindən verilən məlumatda bildirilir ki, salınacaq yolun uzunluğu 14,2 kilometrdir. Yol layihəsi çərçivəsində qovşaqlar, 5 tunel və 10 viaduk inşa ediləcək. 2023-cü ildə başlanılması planlaşdırılan layihə 3 ildə tamamlanacaq.



Әlaqәli Xәbәrlәr