Çinlə KXDR arasında dəmir yolu bərpa olundu

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb

1885130
Çinlə KXDR arasında dəmir yolu bərpa olundu

 

  Çin ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında dəmir yolu ilə yük daşınması beş aylıq fasilədən sonra bərpa olunub. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

  Sentyabrın 26-da Dandon (Çin) – Sinuycu (KXDR) sərhəd keçid xətti üzrə 10 vaqondan ibarət qatar Şimali Koreyaya keçib. Bu, aprelin 29-da Dadon şəhərində “Covid-19” virusu ilə əlaqədar qapanma rejiminin tətbiqi nəticəsində iki ölkə arasında dəmir yolu əlaqəsinin dayanmasından sonra sərhədi keçən ilk qatar olub. May ayında isə Şimali Koreyada virusa yoluxmaların olmasına dair məlumat yayılmışdı.

  Çin tərəfi iki ölkə arasında yükdaşımaların sabit və təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün rəsmi Pxenyanla əlaqələndirmənin davam etdiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr