Türkiyenin banan istehsalında rekord artım qeydə alınıb

Türkiye Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə banan istehsal sahəsi və miqdarı 2017-2021-ci illər arasında rekord seviyyədə artıb.

1884417
Türkiyenin banan istehsalında rekord artım qeydə alınıb

Bildirilir ki, son 5 ildə banan istehsalı 139,4% artıb. İsktehsalın ən çox artdığı şəhər isə Mersin olub. Belə ki keçən il şəhərdə bana istehsalı 455 min tona çatıb. Müvafiq dövrdə istehsal baxımından sözügedən şəhəri 376 min ton ilə Antalya izləyib. Adana, Hatay və Muğla da banan istehsalında diqqət çəkən vilayətlər arasında iştirak edir.

İstehsalın artması ilə söz mövzusu məhsulun idxalı azalıb, ixracı isə artıb. Ötən 5 ildə 455,5 ton banan ixracından 450,9 min dollar gəlir əldə edilib. Məhsulun ixrac edildiyi ölkələr arasında Suriya, Şimali Kipr Türk Respublikası və Gürcüstan ilk sırada iştirak edib.



Әlaqәli Xәbәrlәr