“LNG almaq üçün ölkələrlə danışıqlar aparırıq”, F.Dönmez

Nazir Dönmez videokonfrans vasitəsilə qatıldığı II Avrasiya Kogenerasiya Konfransındakı çıxışında deyib...

1883331
“LNG almaq üçün ölkələrlə danışıqlar aparırıq”, F.Dönmez

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez yeni mayeləşdirilmiş təbii qaz (LNG) ehtiyatlarının alınması üçün ölkələrlə danışıqlar apardıqlarını bildirib.

  Nazir Dönmez videokonfrans vasitəsilə qatıldığı II Avrasiya Kogenerasiya Konfransındakı çıxışında Ukrayna-Rusiya münaqişəsinin ilk ayından başlayaraq təbii qaz qiymətlərinin təxminən 20, kömürün isə 8-10 dəfə artdığını söyləyib.

  Enerji təhlükəsizliyinin əhəmiyyətinə diqqət çəkən F.Dönmez müddəti bitən müqavilələrin yeniləndiyini, LNG razılaşmalarının tamamlandığını, əvvəllər təbii qaz ticarəti həyata keçirilməyən mənbə ölkələrlə danışıqlar aparıldığını bildirib.



Әlaqәli Xәbәrlәr