Türkiye hazır geyim ixracında rekord qırıb

Türkiyenin hazır geyim sənayesi ilin ilk 8 ayında 14 milyard 248 milyon dollarlıq ixracla yanvar-avqust aylarında bütün zamanların ən yüksək ixracını həyata keçirib.

1882785
Türkiye hazır geyim ixracında rekord qırıb

Türkiyenin hazır geyim sənayesi ilin ilk 8 ayında 14 milyard 248 milyon dollarlıq ixracla yanvar-avqust aylarında bütün zamanların ən yüksək ixracını həyata keçirib.

Türkiye İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, 2021-ci ilin avqust ayında 1 milyard 736 milyon dollarlıq ixrac edən hazır geyim sənayesi cari ilin həmin dövrü ndə 6,1 faiz artımla 1 milyard 842 milyon dollarlıq ixrac reallaşdırıb.

2022-ci ilin yanvar-avqust aylarında hazır geyim sənayesi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 14 milyard 248 milyon dollarlıq ixrac həyata keçirib. Beləliklə, sektor bütün zamanların ən yüksək yanvar-avqust ixracına çatıb.

Keçən ay sektorda ən çox ixrac reallaşdırılan ölkə 314 milyon dollarla Almaniya olub. Almaniyanı 256 milyon dollarla İspaniya və 181 milyon dollarla Böyük Britaniya izləyir. Yanvar-avqust dövründə sektor Almaniyaya 2,5 milyard dollar, İspaniyaya 1,8 milyard, Böyük Britaniyaya 1,4 milyard dollar ixrac reallaşdırıb.

Keçən ay 180 ölkə və bölgəyə ixracat həyata keçirən hazır geyim sənayesi cari ilin ilk 8 ayında 212 ölkə və bölgəyə ixrac həyata keçirib.



Әlaqәli Xәbәrlәr