İran Şanxay Əməkdaşlıq Təşkilatına tam üzv olur

Memorandum sentyabrın 15-də ŞƏT-in Səmərqəndə keçirilən zirvə toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə təşkilatın baş katibi Çzan Min arasında imzalanıb

1880424
İran Şanxay Əməkdaşlıq Təşkilatına tam üzv olur

 

  İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün Səmərqənddə memorandum imzalayıb.

  Memorandum sentyabrın 15-də ŞƏT-in Səmərqəndə keçirilən zirvə toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə təşkilatın baş katibi Çzan Min arasında imzalanıb.

  Nazir bildirib ki, İran hökuməti bütün prosedur qaydalara əməl edib və müvafiq sənədləri, eləcə də imzalanan memorandumu təsdiq olunması üçün parlamentə təqdim edəcək. Onun sözlərinə görə, İranın bu təşkilata üzv olması onun iqtisadi inkişafına təkan verəcək. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı da İranın iqtisadi potensialından istifadə edərək qüdrətli beynəlxalq təşkilata çevriləcək. İran bu qurumla enerji, nəqliyyat, ticarət və tranzit sahələrində daha sıx əməkdaşlıq edəcək.

  Nəzərə çatdıraq ki, ŞƏT-in əsası 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderləri tərəfindən Şanxay şəhərində qoyulub. Əvvəllər təşkilat “Şanxay beşliyi” adlanırdı. Lakin 2001-ci ildə Özbəkistanın da bu birliyə qoşulması onun adının dəyişərək ŞƏT adlanmasına səbəb oldu. Türkiyə həmişə bu təşkilatda tərəfdaş kimi iştirak edir. Türkiyənin dünyadakı siyasi nüfuzu və iqtisadi qüdrəti onu təşkilatın tərəfdaşına çevirib. Türkiyə ŞƏT-in bütün tədbirlərinə dəvət alır və təşkilatda söz sahibidir. Hindistan və Pakistan 2005-ci ildən ŞƏT-ə tamhüquqlu üzv olublar. Həmin il İran təşkilatda müşahidəçi statusu almışdı. Bu gün isə İran ŞƏT-ə tamhüquqlu üzv olmaq üçün əsaslı addım atdı.



Әlaqәli Xәbәrlәr