Böyük Britaniya və Hollandiya “Google”dan 25 milyard avro təzminat tələb edirlər
Brüsseldə yerləşən “Geradin” hüquq firmasının qurucusu Demien Ceradin (Damien Geradin) sosial media hesabında İngiltərə və Hollandiyadakı müxtəlif hüquq firmalarının ABŞ-da yerləşən “Google” firmasına qarşı birgə təzminat iddiası qaldıracaqlarını bildirib
Böyük Britaniya və Hollandiya “Google” texnologiya şirkətindən öz ölkələrində rəqəmsal reklam fəaliyyətlərinə görə 25 milyard avroluq təzminat tələb edirlər.
Brüsseldə yerləşən “Geradin” hüquq firmasının qurucusu Demien Ceradin (Damien Geradin) sosial media hesabında İngiltərə və Hollandiyadakı müxtəlif hüquq firmalarının ABŞ-da yerləşən “Google” firmasına qarşı birgə təzminat iddiası qaldıracaqlarını bildirib: "Reklam texnologiyası sektorunda rəqabətə zidd davranışına görə “Google”dan 25 milyard avroya qədər təzminat istəyirik. “Google” yerli və milli media kimi müxtəlif yayın şirkətlərinə vurduğu ziyana görə ədalətli təzminat ödəməlidir. Yayınçılar “Google”dan son illər əldə etməli olduqları reklam gəlirlərini tələb edəcəklər”.
Xatırladaq ki, Avropa İttifaqı 2019-cu ildə “Google”u “AdSense” reklam xidmətində bazar hökmranlığından sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələmişdi. Bundan əlavə, Aİ keçən il “Google”un rəqəmsal reklam fəaliyyətləri ilə bağlı rəqabət araşdırmasına başlayıb. Davam edən təhqiqat “Google”un reklam texnologiyasında öz xidmətlərindən istifadə edib-etmədiyini və bunun rəqib reklam xidməti təminatçılarına zərər verib-vermədiyini araşdırır.
Әlaqәli Xәbәrlәr
Fındıq ixracında artım qeydə alınıb
Türkiyə cari ilin ilk 11 ayında fındıq ixracından 2,3 milyard dollardan çox gəlir əldə edib.